x
Loading...

Kosovoda Aİ missiyasının helikopteri yerə çırpıldı

Kosovoda Aİ missiyasının helikopteri yerə çırpıldı
20:39 12 May 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı missiyasının helikopteri Kosovonun Priştina şəhərində hava limanında qəzaya uğrayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

 

Məlumata görə, insident nəticəsində xəsarət alanlar var. Ölənlər barədə hələlik məlumat verilmir.   

 

“Aİ-nin Kosovodakı missiyasının (EULEX) helikopteri Priştina hava limanında qəzaya uğrayıb. Yaralananlar var, detallar müəyyənləşdirilir”, deyə NATO-nun nümayəndəsi bildirib.

 

İnsident səbəbindən aeroportun fəaliyyəti  müvəqqəti dayandırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR