"Nüvə anlaşmasındakı öhdəliklər yerinə yetirilməsə..." - Həsən Ruhanidən ABŞ açıqlaması

İran prezidenti Həsən Ruhani dünya gündəmindəki məsələlərləbağlı danışıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ABŞ ilə müzakirələrə dair dəfələrlə açıqlama verdiyini və bu mövzuda dilə gətirdiyi bəzi ifadələrin yanlış başa düşüldüyünü bildirən Ruhani həmçinin qeyd edib:

"ABŞ ilə ikili müzakirələrə dair heç bir qərarımız yox və olmayıb. Əlbəttə bu yöndə təklif var idi, amma, heç vaxt müsbət cavab vermədik. ABŞ bütün sanksiyalarını sona çatdırsa 5+1 iclaslarına qatılmaq mümkündür. Müzakirə dedikdə bəziləri ikili müzakirələr başa düşür, fəqət ikili müzakirələr geç bir şəkildə dündəmdə deyil".

Avropa Birliyi ölkələri ilə apardıqları müzakirələrin sentyabrın 5-nə qədər nəticə verməməsi halında üçüncü addımı elan edəcəklərini deyən Ruhani atdıqları ilk addımdan sonra 4+1 ölkələrinə tarixi bir fürsət verdiklərini və verdikləri müddət içində öhdəliklərini yerinə yetirə biləcəklərini ifadə edib.

ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra Avropa ölkələrinin də öhdəliklərini yerinə yetirmədiklərini deyən Ruhani əlavə edib ki, bu durumda ABŞ siyasi, sosial və iqtisadi cəhətdən məğlubiyyətə uğrayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR