[ 12 May 2015 22:14 ]
Gəncə. Azər Məmmədli – APA. Gəncə Göygöl avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə mayın 12-də axşam saatlarında baş verib. Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Əfruz Mədət qızı İsgəndərova yolu keçmək istəyərkən hələ ki sürücüsü və markası məlum olmayan avtomobil tərəfindən vurulub. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.