İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... - VİDEO

İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... - VİDEO
07:17 4 Sentyabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çexiyada tibb tarixinin ən qəribə hadisələrindən biri baş verib.

Milli.Az xəbər verir ki, 16 həftəlik hamilə olan 27 yaşlı Mrtva Eva aprelin 21-də iflic olub.

O, xəstəxanaya yerləşdirilsə də, bütün müdaxilələrə rəğmən xilas ola bilməyib və beyin ölümü gerçəkləşib. Brno Universiteti Xəstəxanasının həkimləri bətnindəki körpənin inkişafını tamamlamaq üçün Evanı 3,5 ay aparatlara bağlı şəkildə saxlayıb. Avqust ayında körpə süni doğuşla dünyaya gəlib və ailəsinin icazəsi ilə Eva aparatlardan ayrılıb.

2130 qr çəki ilə doğulan körpəyə Eliska adı verilib. Körpə ölmüş anasının bətnində ikən ailəsi və xəstəxana işçiləri onunla söhbət edib, onu sığallayıb, çex mahnıları oxuyub, şeirlər deyiblər. Bu müddət ərzində Evanın qarnını masaj ediblər.

Ginekologiya mütəxəssisi Pavel Ventruba dünya tarixində bu tip sadəcə 20 hadisənin olduğunu bildirib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/782938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR