ABŞ İran şirkətlərinə sanksiya tətbiq etdi - Nüvə silahı proqramında yer aldıqları üçün

ABŞ Xarici İşlər Nazirliyi İranın 3 kosmos araşdırma şirkətini "raket istehsalında rol aldıqları" səbəbi ilə sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, verilən yazılı açıqlamada "İran Astronomik Araşdırma İnsititutu", "İran Kosmos Agentliyi" və "İran Kosmos Araşdırma Mərkəzi"nə sanksiya tətbiq ediləcəyi bildirilib:

"ABŞ ballistik raket düzəldilməsində rol aldığı üçün ilk dəfə bir İran agentliyinə sanksiya tətbiq edir".

İranın kosmos araşdırma əməliyyatları adı altında ballistik raket istehsal etməsinə icazə verilməyəcəyi deyilən açıqlamada həmçinin qeyd edilib ki, busanksiyalar İranın kosmos proqramında yer alaraq nüvə silahı təkmilləşdirmədə dəstək verən beynəlxalq elm adamlarına da bir xəbərdarlıqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR