GUAM-ın mənzil-iqərargahında görüş

GUAM-ın mənzil-iqərargahında görüş
23:03 12 May 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 12 may, AZƏRTAC 
Mayın 12-də Ukraynanın paytaxtında yerləşən GUAM Katibliyində Anatoli Matviyenko başda olmaqla Ukrayna Ali Radasının GUAM-ın Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatının – GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşü olub. Bu barədə AZƏRTAC-a təşkilatın mənzil-iqərargahından məlumat veriblər.
Görüşdə PA-da Ukrayna sədrliyinin prioritetləri, Ukraynanın sədrliyi çərçivəsində keçiriləcək tədbirlərin yeri və qrafiki, habelə GUAM PA-nın plenar iclasının və komitələrin iclaslarının gündəliyi və müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/GUAM_in_menzil_iqerargahinda_gorus-854442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR