“Silahlı dəstə” ittihamının sirri çözüldü: Yeni qalmaqal gəlir

AXCP sədrinin bəyanatıilə Clive Dunnın paylaşımları təsadüfdən uzlaşmayıb

Həmişə belə olur: günlərin birində müxalif düşərgədən kimsə səhər oyanır,yuxuda görübmüş kimi, gündəmə aidiyyatı olmayan bir mövzudan danışır,bir-iki nəfər özü düşüncəlişəxsona yan tutur və məsələ “unudulub gedir”.Bir müddət sonra isə Avropada kiminsə“qəflətən yadına düşür ki”, bəs Azərbaycanda filan vaxt filan məsələ “baş verib”, münasibət bildirmək lazımdır. Beləcə, şübhə etdiyimiz, ciddiyə almadığımız bir “olay” dönüb-fırlanır, beynəlxalq təşkilatların gündəminə daşınır, Azərbaycan əleyhinə bəyanata, hesabata çevrilir və pasportlaşır. İndihəmin günlərdən və anlardan birini yaşayırıq.

AXCP sədri Əli Kərimli iddia edir ki, “Hökumətin əlisilahlı yandaşı, Fuad Muradov” adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib. O və “Radikal düşərgə” təmsilçilərindən ibarət yandaşları Fuad Muradov adlı şəxsin kimliyinin araşdırılmasında maraqlı deyillər. Belə bir araşdırma edənlərivə yaaraşdırma təklifiirəli sürənləri də öz trolları vasitəsilə yanar oda salırlar, haqqında hədyanlar yazır, “hökumətin müxalifət üzərinə hücumuna haqq qazandırmaqda” qınayırlar. Qarşı tərəf də abırına qısılıb kənar çəkilir. “Radikallara” da bu lazımdır. Bu yolla mövzunudəyişirlər.Fuad Muradov personası “yaddan çıxır”.Gün keçəcək, ay dolanacaq, baxacaqsan ki, hansısa “nüfuzlu beynəlxalq təşkilat”həmin “fakta”istinad edib Azərbaycan hakimiyyətini“qanunsuz silahlı dəstələr yaratmaqda, müxalifət təmsilçilərinə qarşı basqınlar qurmaqda”ittiham edəcək.

Simptomları görünür artıq. Əgər sosial şəbəkələrdəki“müzakirələrə” diqqət etsəniz, görəcəksiniz ki, Əli Kərimlinin tərəfdarlarıFuad Muradov adlı şəxsin “tapılıb cəzalandırılmasını” tələb etmirlər, ondan nə üçün belə bir açıqlama yazmasına görə hesab sormurlar, ümumiyyətlə onun hər hansı bir açıqlama verib mövqeyini izah etməsinə maraq göstərmirlər.Bütün müzakirələrdə hədəfFuad Muradovun hansısa yolla “hakimiyyətə bağlanılmasıdır”,silahlı fotonun hakimiyətə qarşı “silahlı dəstə qururlar” ittihamına çevirməsidir.

Bilirlər ki, yalandır, bu versiyalar qondarmadır. Əksinə,xalqın mövcud iqtidarı dəstəkləməsinin, AXC-Musavathakimiyyətindən üz döndərməsininəsas səbəblərindən biridə məhz 1992-1993-cü illərdə mövcud olan özbaşınalığa son qoymasıdır, qanunsuz silahlı dəstələri zərərsizləşdirməsidir, mübahisələrin hüquqdankənar formalarla həll edilməsiniaradan qaldırmasıdır, kriminogen duruma nəzarət edə bilən güclü hüquq-mühafizə sistemiqurmasıdır.“Fədailər qrup”ları yaratmaq, indi bu ittihamı mövcud hakimiyyətə qarşı irəli sürənlərin özlərinin dünyagörüşünün məhsuludur. Həmin dünyagörüşdən hələ də kənara çıxa bilmirlər.

Digər tərəfdən, aşkara çıxdı ki, Fuad Muradov AXC-Müsavat iqtidarı dövründə silahlı dəstələrdən birinin rəhbəri olmuş Alik Muradovun oğudur. O,psixoloji dünyagörüşü baxımdan AXC-yə, bugünkü AXCP sədrinə daha yaxındır.Deməli,Əli Kərimlinin Muradovu“öz düşərgəsindən çıxarıb”mövcud hakimiyyətə yaxın bir çevrədə yerləşdirməyə cəhd göstərməsində konkretqəsdi var.Nədir bu qəsdin məğzi?

Bəli, yanılmamışıq. Bu açıqlama təsadüfdən gündəmə çıxmayıb, unudulası da deyil. Həmişəki kimiqərəzli, uydurma, amma geniş miqyaslı bir qarayaxma kampaniyasının başlanacağının simptomlarıdır.

AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi” açıqlaması ilə sinxron baş verən hərəkətlər ortaya çıxıb.

Böyük Britaniya vətəndaşı, aktiv sosial şəbəkə istifadəçisiolan Clive Dunn adlı şəxs Azərbaycanın əleyhinə məqalə paylaşıb. Şərq-müsəlman dünyası əleyhinə paylaşımları ilə tanınan və paylaşımlarının 95 faizi siyasi mövzularda olanClive Dunnın indi də Bolqar jurnalist Dilyana Qaytancıyevanın müəllifi olduğu "Terrorçular üçün silah daşıyan 350 diplomatik uçuş" başlıqlı məqaləni yenidən yayımlayıb. Məqalədə iddia olunur ki, “3 il boyunca Azərbaycandan Silk Way vasitəsilə münaqişə zonalarındakı terrorçulara silah daşınıb”. Müəllif iddia edir ki, Bolqarıstan və Azərbaycan XİN arasındakı sənədləri ona anonymous Bulgaria adlı tvitter hesabı göndərib. O,“yüzlərlə ton silah daşıyan təyyarələrin”aeroportlarda orta yerlərdə, sərnişin təyyarələrinin arasında dayandığı üçün” təhlükənin miqyasının daha da artdığını qeyd edib. Əlavə edir ki, “İri dövlətlər buna göz yumublar”.Sənədlərdə bu silahlarla bağlı razılaşmaların olduğu da qeydd edilir.

Maraqlıdır ki, Bolqar jurnalist tərəfindən xeyli əvvəl yazılan, amma təkzib olunanməqalə, bu günlərdə tvitterdə Clive Dunn tərəfindən yenidən paylaşılıb və bu paylaşımdan sonra Azərbaycan barədə qondarma ittihamlar yenidən gündəmə gəlib. Ən maraqlısı isə budur ki, Clive Dunnın paylaşması ilə AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi”açıqlaması eyni tarixə təsadüf edir: hər ikisi 1 gün fərqlə gündəmə gəlib, eyni tezislər üzərində qurulub. Hər iki paylaşmanın motivi budur ki, Azərbaycan qanunsuz silah dövriyyəsində, qanunsuz silahlı dəstələr qurulmasında iştirak edir. Təsadüfidirmi? Təbii ki, xeyir. Uzun illərin təcrübəsi deməyə əsas verir ki, artiq anti-Azərbaycan mərkəzlər tərəfindən yeni kampaniya hazırlanır. Bu dəfə ölkəmiz silah qaçalmaqçılığı, terrorçu qruplarla əlaqədə, qanunsuz silahlı dəstələr qurmaq məsələsində ittiham oluna bilər. Allah etsin ki, ehtimalımız boşa çıxısın. Amma sipmtomlar eynidir.

Təqdiredici haldır ki,Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin köməkçisi Əli Həsənov bu ittihamlara zamanında, operativ şəkildə cavab verdi. Əli Həsənov açıqlamasında deyir: “...Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub... Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var”.

Prezident köməkçisinin açıqlaması genişdir, çoxlu tezislər var. Onları AXCP sədri ilə yanaşı, “xaricdə oturub quyruq bulayanlara” da aid etmək olar.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR