Körpə döşdən imtina edərsə, nə etməli? - Analara məsləhət

Körpə döşdən imtina edərsə, nə etməli? - Analara məsləhət
23:37 12 May 2015
311 Sosial
Ölkə mətbuatı
A- A+

Sizin yeni doğulmuş uşağınız müəyyən miqdarda əmzikli şüşə ilə yedizdirilibsə, yaxud əmzikdən çox istifadə edibsə, döşü götürməkdə çaş-baş qala bilər və ya hətta döşdən imtina edə bilər.
 
Milli.Az vib.az-a istinadən bildirir ki, bəzən südəmərlər döşün gilələri yumşaq və ya yastı olduqda giləni tutmaqda çətinlik çəkirlər. Bəzi südəmərlər süd şüşəsindən daha sürətlə axan südə üstünlük verməyə öyrəşirlər və döşdən süd yavaş-yavaş gəldiyinə axdıqda məyus olurlar.
Körpənizin əlavə yardıma ehtiyacı olarsa, onu yedizdirmək üçün arxa tərəfə uzanmağa çalışın, rahat vəziyyət alın və körpəni döşə yaxın qoyun. Körpə əmməyə hazır olduqda sizin azca köməyiniz ilə döşü tapacaq.
 
Bəzən körpənizlə birgə uzanma və dəri-dəriyə möhkəm qucaqlaşma kömək edir. Körpənizi dəri-dəriyə təmas halında oyadın. Sadəcə sizi hiss etməsi və qoxunuzu duyması körpənizin döşə gəlməsi üçün sadə bir fənd kimi işləyə bilər. Buna hazır olduqda və özünü ac hiss etdikdə körpənizi döşü tapmağa həvəsləndirin. Körpələr oyanarkən başlarını və əllərini döş axtarışı üçün o tərəf bu tərəfə meyl etdirirlər. Özü müstəqil şəkildə döşün giləsini tapması üçün ona vaxt imkanı yaradın. Körpə döşü yanaqlarında və çənəsində hiss etdikdə ağzını açacaq və giləni tutacaqdır. Bunu bir-iki saat gün ərzində bir neçə dəfə təkrarlayın. Bədən-bədənə təmas nəinki döş əmizdirməyə təşviq etmək üçün mühümdür, eləcə də bu? körpənizin sinir sisteminin inkişaf etməsinə kömək edir və həmçinin ana üçün də xoşdur.
 
Döş götürməkdə istəksiz davranan südəmərə kömək edə biləcək başqa məsləhətlər də var. Sizinlə “qarın qarına təmas” yaratmaq üçün körpənizi böyrü üstə çevirin. Onu elə yerləşdirirsiniz ki, uşağın burnu döşünüzün önündə döşün giləsindən yuxarı bir səviyyəyə gəlsin. Bu qayda ilə körpə döşü tutmaq üçün azca səy göstərməlidir. Döşə gəlmək üçün körpə başını yana əyməməlidir. Əgər döşünüzün giləsi körpənin tutması üçün çətindirsə, üzə çıxması üçün giləni yavaşca barmaqlarınızın arasında fırladın. Areolanın arxa hissəsinin kənarlarını yavaşca sıxmaqla döşünüzü “döş səndviçi” şəklinə salırsınız. “U” yaxud “C” şəkilli tutma körpəyə areoladan daha möhkəm yapışma imkanı verir.
 
“C” və “U” şəkilli tutma üsulu
 
Körpəni qucaqda tutmaq və yaxud çarpazvari qucaqda tutmaq əmizdirmə mövqelərində olarkən “U” şəklində tutma üsulundan istifadə edin. Körpənizi “futbol topu ” mövqeyində yəni, qoltuğunuzun altından tutarkən isə “C” şəklində tutma üsulundan istifadə edin. “Döş sendviçi”ni körpənin ağzına eyni səviyyəyə gətirməlisiniz. Baş barmağınızı körpənizin burnu ilə eyni səviyyəyə gətirdikdə və barmaqlarınız döşün əks tərəfində olduğu təqdirdəəlinizi düzgün pozada tutmuş sayılırsınız.
 
Körpənin dadması üçün döşün giləsinə bir neçə damcı yaxud bir az süd damcıladın. Körpənin ağzı tam açılana kimi (burnundan çənəsinə kimi) körpənin dodaqlarını döşünüzün giləsi ilə sığallayın və onu cəld döşünüzə tərəf dartın. Körpənizi yumşaq və sakitcə buna həvəsləndirin.
Bəzən əmizdirmə üzrə məsləhətçilər döş əmizdirməkdən əlavə alternativ yedizdirmə metodları tövsiyə edirlər. Əgər 5-10 dəqiqədən sonra körpə döşə gəlməzsə döşdən əmməyə xələl gətirməyəcək şəkildə sağılmış döş südünü yaxud süni qidanı ona təklif edirsiniz.
Körpəniz döşdən imtina etməyə davam edirsə, 10 dəqiqədən artıq onu döşdən əmməyə vadar etməmək daha məqsədəuyğundur. Siz körpəniz üçün döşün döyüş meydanı deyil, xoş bir yer olmasını istəyirsiniz.
 
Davamlı səy göstərmək və səbrli olmaq bu cür vəziyyətin həllinə kömək edər. Bu əsnada körpənizi əmzikli şüşə yaxud əmziklərlə çaşqınlığa salmayın. Əmizdirmə öz qaydasında getdikdən sonra əmziklərdən istifadə edə bilərsiniz. Unutmayın ki, körpənizə gün ərzində 8-12 dəfə döş verilməlidir. Hər gün 6-8 ədəd yaş bez və bir neçə sayda defekasiya (böyük bayıra çıxmaq) müşahidə etməniz vəziyyətin normallaşması deməkdir. Əgər yuxarıda verilən üsullar problemlərin həllində sizə kömək etməzsə əmizdirmə məsləhətçisinə müraciət edin yaxud öz həkiminizlə əlaqə saxlayın.
 
Körpənin döşə keçməsi üzərində çalışarkən, onu südlə davamlı təmin etmək üçün tibbi təyinatlı südsağandan gün ərzində ən azı 8 dəfə istifadə edin. Süd bol axdıqda körpənin yenidən döş əmməyə başlaması daha asan olur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR