"Maşın"da qəribə anlar: ulduzlar qara geyindi - FOTO

"Maşın"da qəribə anlar: ulduzlar qara geyindi - FOTO
23:52 12 May 2015
271 Şou
Ölkə mətbuatı
A- A+

Dünən bir gündə 3 iştirakçısını itirən "Maşın" realiti şousu bu gün sanki qaraya bürünmüşdü.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, iştirakçıların əksəriyyəti - Mehriban Xanlarova, Günel Ələkbərova, Roza Zərgərli, ABD Malik, Anar Atakişiyev başdan-ayağa qaraya bürünüb.
 
Bu gün Roza Zərgərli və Anar Atakişiyev arasında mübarizə gedir. Hazırda 45,36 faiz tamaşaçı Roza Zərgərlinin qalmasını istəyir.
 
Anarla Roza arasında münaqişə dünən gecədən başlayıb. Efirə verilən kadrlarda ikili arasında söz davasının şahidi olduq.
 
Kadrlar efirə getdikdən sonra qalmaqal canlı yayımda davam etdi. Anar Rozanı ikiüzlülükdə ittiham etdi: "Roza kamera qarşısında tamam başqa insandı. Kamera söndükdə və yandıqda fərqli insanlar olur".
 
Roza Zərgərli səs toplaya bilsə, Anarı yola salacağını açıqladı.
 
Qeyd edək ki, bu gün iştirakçılar Roza Zərgərlinin şəklini atıblar. Roza Zərgərli qalması üçün səs toplasa, Anar Atakişiyevi çıxaracağını bəyan edib.
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/340028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR