x
Loading...

Sarkisyan Putini vurur

Sarkisyan Putini vurur
22:57 12 May 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfi Rusiyanı Azərbaycanla bağlı yenidən ittiham edib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna gələn Ermənistan müdafiə naziri burada keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya Azərbaycana silah satmaqda davam edir. O bildirib ki, Rusiya bununla regiondakı münaqişəni öz təsiri altında saxlamağa çalışır.
 
Bununla belə Ohanyan Rusiyanın Azərbaycanı silahlandırmasının Ermənistanı qorxutmadığını da sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla erməni rəsmiləri vaxtaşırı Rusiyanın Azərbayacana silah satmasını gündəmə gətirirlər. Maraqlıdır ki, Kremlin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bununla bağlı Rusiyaya rəsmi etiraz etmir və ancaq belə açıqlamalarla məsələni ictimailəşdirməkdədir.
 
Müşahidəçilərin fikrincə Ermənistan bununla iki məqsəd güdür. Birincisi odur ki, Sarkisyan hakimiyyəti bununla Ermənistanın daxili auditoriyasını müharibə qorxusu altında saxlayır. İkincisi isə Ermənistanın hər an məhv olmaq təhlükəsi qarşısında qaldığını qabartmaqla Rusiyadan silah bəxşişi almağa ümid edir.
 
Görünənlər isə onu deməyə əsas verir ki, özünü Rusiyanın müttəfiqi sayan Sarkisyan hakimiyyəti belə addımlarla Kremlə qarşı səmimi olmadığını nümayiş etdirir.
 
Milli.Az
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/340029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR