"Qəbələ"nin sabiq baş məşqçisi Ukraynaya qayıda bilər

"Qəbələ"nin sabiq baş məşqçisi Ukraynaya qayıda bilər
08:47 5 Sentyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur ukraynalı mütəxəssis Roman Qriqorçuk gələcəkdə yerli çempionata qayıda bilər. Məşqçi “Çernomorets”dən getdikdən sonra son beş ili AzərbaycanQazaxıstanda işləyib, lakin vəziyyət tezliklə kəskin dəyişə bilər.
“Report” xəbər verir ki, bunu ukraynalı idman jurnalisti İqor Sıqanık deyib.
"Roman Qriqorçuk Ukraynaya qayıtmaq arzusundadır, lakin onun "Astana" ilə müqaviləsi var. Biz onunla söhbət etmişik, özü və ailəsi üçün çətin olduğunu deyib, mentallıq tamamilə başqa cürdür. O, məmnuniyyətlə Ukraynada işləyərdi, ancaq müqaviləsinin sonuna qədər işləməlidir.
Düşünürəm ki, o, qışa qədər "Astana"da qalacaq. İstənilən halda, "Astana"dan sonra onun növbəti klubu hər hansı bir Ukrayna komandası olacaq", - deyə jurnalist bildirib.
Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ" klubunu çalışdırıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-sabiq-bas-mesqcisi-ukraynaya-qayida-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR