ABŞ İrandan məlumat gətirənə 15 milyon dollar mükafat verəcək - Rəsmi açıqlama

ABŞ İran İnqilab Keşikçiləri Ordusunun maliyyə şəbəkəsinə zərər verməyə yardım edəcək məlumatlar qarşılığında 15 milyon dollaq mükafat veriləcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən yazılı məlumat verilib.

Açıqlamada ABŞ prezidenti Donald Tramp höküməti tərəfindən aprel ayında "terrorçu qruplar" siyahısına əlavə edilən İran İnqilab Keşikçilərinin xam neft satışından əldə etdiyi gəlirləri terror fəaliyyətində istifadə etdiyi qeyd edilib.

İnqilab Keşikçilərinin neft ticarətini durdurmağa yardım edəcək məlumatlar üçün 15 milyon mükafat veriləcəyi kimi, həmçinin İranın sanksiyalardan qaçmasına yardım edən şəxs və şirkətlər haqqında məlumat verənlər də mükafatlandırılacaq.

ABŞ-ın İran təmsilçisi Brian Huk məsələ ilə bağlı deyib ki, İranın bu fəaliyyətlərini pozmaq üçün hər cür diplomatik və iqtisadi vasitələri istifadə edəcəklər:

"Tarixdə ilk dəfə bir dövlət qurumunun fəaliyyətlərinin pozulmasına yol açacaq məlumatlar üçün mükafat təklif edirik. Çünki İran İnqilab Keşikçiləri dövlət qurumundan daha çox terrorçu bir qrup olaraq hərəkət edir. Onlar Orta Şərqdə bir çox qrupa təlim keçir, maliyyə dəstəyi verir və silahlandırır. İran bu qruplar vasitəsi ilə rejim sərhədlərini genişləndirmək, xaos və məzhəb münaqişəsi yaratmaq istəyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR