"İran diplomatik dildən anlamır, sanksiyalar davam edəcək" - ABŞ-dan İran tankerlərinə sanksiya gəldi

ABŞ İrana aid daha bir neçə tankeri "qara siyahı"ya əlavə edib..

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri tərəfindən Suriyadakı Bəşər Əsəd rejiminə illeqal yollarla 100 milyonlarla dollar dəyərində neft daşıdığı üçün 20 şəxs və 11 neft tankerini sanksiya siyahısına salıb.

Bu barədə mətbuata açıqlama verən ABŞ-ın İran təmsilçisi B. Huk İranın diplomatik dildən anlamadığını və bu səbəblə də, Tramp höküməti tərəfindən açıqlanan maksimim təzyiq kampaniyasının yeni sanksiyalarla davam edəcəyini deyib.

Qeyd edək ki, bundan bir neçə gün öncə də ABŞ İrana aid olan və 140 milyon dollar dəyərində xam neft daşıyan tankeri qara siyahıya almışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR