Temperatur enəcək, qar yağacaq

Temperatur enəcək, qar yağacaq
12:54 16 Yanvar 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Lent.az-ın məlumatına görə, havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının intensiv olma ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə isti olacaq.

Sabahdan yanvarın 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR