ABŞ və Çin arasında iqtisadi müzakirələr davam edəcək - Tarix açıqlandı

Çin və ABŞ arasında növbəti müzakirələrin oktyrabr ayında olması razılaşdırılıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyindən verilən yazılı açıqlamada bildirilib. ABŞ və Çin arasında sayca 13-cü olacaq görüş Vaşinqtonda keçiriləcək.

İki ölkə arasında 1 il ərzində 12 görüş keçirilməsinə baxmayaraq, hər hansı razılıq əldə oluna bilməyib. ABŞ prezidenti Donald Tramp daha öncə verdiyi açıqlamada Çin ilə ticari müzakirələrin davam etdiyini, lakin bir razılıq əldə olunması üçün hələ hazır olmadıqlarını demişdi. Çinin pul vahidi "yuan" dollar qarşısında dəyər itirdikdən sonra ABŞ Maliyyə Nazirliyi Çini valyuta monopoliyası yaratmaqda ittiham etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR