Leonardo Di Kaprio və Uill Smit ayaqqabı istehsal etdi - Amazon yanğınları üçün

Hollivud ulduzu Leonardo Di Kaprionun sahib olduğu ayaqqabı markası "Allbirds" və amerikalı aktyor Uill Smitin su şirkəti "Just" bir araya gələrək məhdud sayda 2 növ özəl ayaqqabı istehsal ediblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, layihədən əldə olunan gəlirin hamısı Di Kaprionun Amazon meşələri üçün açdığı fonda köçürüləcək. Uill Smit məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib:

"Qorumalı olduğumuz sadəcə bir dənə Torpaq ana var. Ən böyük oksigen hovuzumuz olan Braziliya Amazonları bir aydır yanır. Bu cür layihələrdə işbirliyində olmaq gələcəyimizin açarıdır və aldıqlarından daha çoxunu verən markaları dəstəkləməyimiz önəmlidir". Qeyd edək ki, sözügedən ayaqqabılar artıq internet üzərindən satışa çıxarılıb. Qadın ayaqqabısı 95, kişi ayaqqabısı isə 115 dollardan satılmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR