Podiumda geyimi düşdü, əlləri ilə sinəsini tutub davam etdi - VİDEO + FOTO

Kolumbiyada baş tutan moda nümayişi zamanı gözlənilməz olay yaşanıb.

Metbuat.az xəbər verir ki, bir oteldə podiuma çıxan Daniela Daza adlı modelin başıla xoşagəlməz qəza gəlib. O, podiuma çıxarkən geyiminin üst hissəsi düşüb. Buna baxmayaraq kulisə geri dönməyən Daza əlləri ilə sinəsini tutaraq nümayişə davam edib.

Tamaşaçılar geyiminin düşməsinə baxmayaraq peşəarcasına davranan modeli ayaq üstə alqışlayıblar. Model mövzu ilə bağlı sosial media hesabından belə yazıb:

"Bu günə qədər olmayan bir hadisə oldu. Podiumun ortasında geyimim düşdü və reaksiyam tamamilə instinktiv idi".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR