Bakıda doqquzmərtəbəli binada yanğın baş verib

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyi Metbuat.az-a məlumat verir ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR