"Hamısında nüvə başlıqlı raketlər var, bizdə olmasın? Mən bunu qəbul etmirəm" - Ərdoğandan nüvə silahı açıqlaması

"Birilərinin əlində nüvə başlıqlı raket var, 1 dənə deyil, 2 dənə deyil. Amma mənim əlimdə nüvə başlıqlı raket olmasın?! Mən bunu qəbul etmirəm. Hal-hazırda dünyada inkişaf etmiş ölkələr arasında demək olar ki, nüvə başlıqlı raketi olmayan yoxdur, hamısında var. Adını verməyəcəyəm, prezident deyil, ziyarətə getdiyimdə mənə dedi ki, əlimdə 7 min 500 nüvə başlıqlı raket var, amma, Rusiyanın, Amerikanın əlində 12 min 500, 15 min var. Mən də düzəldəcəyəm".

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu sözləri Sivasda "Orta Anadolu İqtisadi Forumu"nda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"İndi vəziyyətə baxın. Onlar harada, nəyin yarışındadılar, bizə nə deyirlər. "Qəti, sən etmə" deyirlər bizə. Düz yanımızda İsrail. Var mı? Var. Hamını onunla təhdid edirlər. Dəyərli qardaşlarım, biz hal-hazırda çalışmalarımızı davam etdiririk".

Ərdoğan həmçinin NATO və ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq Rusiyadan alınan S-400 sistemləri barədə bunları bildirib:

"S-400 hadisəsi oldu, qiyamət qopartdılar. Almayacaqsınız dedilər, niyə almayacağıq? Adı üstündə, S-400 nədir? Müdafiə sistemi, hücum deyil. Yəni bizim müdafiə sistemi almağımızı da əngəlləyirlər. Aldıq və inşallah apreldə tamamilə bitir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR