Xərçəng hüceyrələrini məhv etməyin yolu tapıldı - Bu qüvvənin az olduğu sahələrdə...

Xərçəng dövrümüzün ən qorxunc bəlasıdır. İllərdir aparılan saysız araşdırmalara baxmayaraq, hələ də tam bir nəticə əldə olunmamışdır. Bu araşdırmalardan biri də yaxın günlərdə aparılıb və nəticəsi maraq doğurub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, alimlərə görə, xərçəng hüceyrələri aşağı cazibə qüvvəsinə məruz qaldıqları zaman xarici bir müalicə olmasa belə ölürlər. Bunun fərqinə varan Sidney Texnologiyalar Universiteti kosmosa bir nümunə göndərmək təklifi edirlər.

Həkimlər aşağı cazibə qüvvəsinin xərçəng hüceyrələrinin əlaqəsinə təsir etdiyini, hüceyrələrin bir-biri ilə əlaqə qurmasının çətin olmasının nəticəsində yaşamlarına davam edə bilmədiklərini bildiriblər. Layihənin rəhbəri Coşua Çou araşdırma ilə bağlı danışarkən bunları deyib:

"Kosmosda olduğumuz zaman vücudumuzda olan hüceyrələr bizim "mexanik boşalma" adlandırdığımız vəziyyəti hiss etməyə başlayırlar. Bu da cazibə qüvvəsi olmadığı üçün qüvvənin çatışmazlığını hiss etmə prosesidir. Bu vəziyyət hüceyrələrin necə hərəkət etdiyinə, necə işlədiyinə və həyatda qalma şəkillərini necə idarə etdiklərinə təsir edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR