Meksikalı pianoçu Muğam Mərkəzində - FOTO

Meksikalı pianoçu Muğam Mərkəzində - FOTO
13:47 5 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib.

Milli.Az xəbər verir ki, meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirilib.

Tamaşaçılar  Xesus Lepenin  ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Rikardo Kastro və Belisario de Xesus Qarsiya kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarlarının əsərlərini dinləyiblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi beynəlxalq əlaqalərin genişləndirilməsi və milli irsimizin təbliği məqsədilə səfiriklərlə birgə layihələr həyata keçirir. Mərkəzin dəstəyi ilə bu günə kimi Çin, Avstriya, Meksika, Braziliya, İndoneziya, Gürcüstan, Hİndistan , Fransa , Rusiya və digər ölkələrlə çoxsaylı birgə layihələr reallaşıb. Mərkəz həm konsert həm də elmi araşdırma sahəsində səfirliklərlə birgə fəaliyyəti  daima genişləndirməkdə davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/783479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR