Van Dammın bu rəqsini milyonlar izlədi (VİDEO, FOTO)

Van Dammın bu rəqsini milyonlar izlədi (VİDEO, FOTO)
01:51 13 May 2015
Ölkə mətbuatı
A- A+

Məşhur hollivud aktyoru Jan-Klod Van Damm "Conanın axşam şousu"nun efirində "Kikbokser" filmində illər öncə oynadığı səhnəni yenidən canlandırıb.

ANS PRESS-in məlumatına görə, aparıcı Konan O'Brayn "Kikbokser" filminin onun sevimli filmlərindən biri olduğunu və qonağa rəqslə bağlı epizodu təkrarlamağa cəhd etməyi xahiş edib.

"Mən hələ də rəqsi xatırlayıram", - deyə Van Damm qeyd edib və sonra studiyada rəqsi təkrar edib. Video youtube-da qısa müddətdə populyarlıq yığıb.

"Kikbokser" filmi 1989-cu ildə ekranlara çıxıb.

O vaxt 29 yaşlı Van Damm filmdə baş qəhrəman rolunu canlandırıb.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=344040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR