Əməkdar artistin oğlu da oxumağa başladı

Əməkdar artistin oğlu da oxumağa başladı
13:01 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Çingiz Əhmədovun oğlu da oxumağa başlayıb.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Hər şey daxil” verilişində qonaq olarkən deyib:

“Toy milləti uçuruma aparır. Oğlum rep deyir. Toylara getməyi sevmir. Mən maddi köməklik edirəm. Bir də çalışır konsertlərdən qazansın. Rusdillidir. Moskvaya dəvət olunub, ora gedəcək. O yalnız konsertdən pul qazanmaq niyyəti ilə oxuyur”.

Bu yaxınlarda qızına toy edən Ç.Əhmədov gəlin-qayınana münasibətindən də danışıb:

“Üzühörmətli olmaq üçün oğlu evləndirəndə ayrı yaşamaq lazımdır. Gəlinlə qayınana bir yerdə yaşamamalıdır. İstər-istəməz söz-söhbət olur, ana oğulu qısqanır. Qayınanam bizdən ayrı yaşayır. Hərdən gəlir yanımızda qalır. Bu cür daha gözəldir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR