Aygün Kazımova ABŞ-da PODİUMA ÇIXDI – VİDEO/FOTO

Aygün Kazımova ABŞ-da PODİUMA ÇIXDI – VİDEO/FOTO
10:03 6 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova dünya şöhrətli azərbaycanlı dizyaner Rüfət İsmayılın “Affair” markasının Nyu-Yorkda keçirilən Moda Həftəsində işirak edib.

Publika.az xəbər verir ki, dəfilədən şəkillər sosial şəbəkədə yayılıb. Dizaynerin kolleksiyası bu dəfə lələk bəzəkləri ilə əlamətdar olub. Günay Musayeva isə dəfilənin əsas modellərindən biri kimi çıxış edib.

Məlumat üçün bildirək ki, Rüfət İsmayıl ilk və hələlik yeganə Azərbaycan dizayneridir ki, kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib.

R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub.

Dizaynerin ulduz alıcıları arasında Beyons, Cey Lo, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi və başqalarını misal çəkmək olar.

"Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/289422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR