Binədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompyuter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilmişdir.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

O, törətdiyi əməlləri etiraf etmişdir.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR