Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

13:07 16 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:06 ]


Bakı. Könül Kamilqızı - APA. Respublikanın çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-170, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

 

Yanvarın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 54 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

 

Yanvarın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 7 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm, Şirvanda 253 sm, Salyanda 235 sm, Bankədə 201 sm, Araz çayının Novruzlu məntəqəsində isə 123 sm təşkil edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR