Əfqanıstanda bir qrup jurnalist qaçırılıb

Əfqanıstanda bir qrup jurnalist qaçırılıb
17:37 7 Sentyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Əfqanıstanın cənub-şərqindəki Paktiyə əyalətinin Zuurmət dairəsində 6 jurnalist hökumətə qarşı vuruşan yaraqlılar tərəfindən qaçırılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, paşto və dari dillərində yayımlanan "Radio Killid", "Radio Milma", "Pashtun Voice", "Yaran Radio"nun əməkdaşları olan həmin jurnalistlər sərhədyanı Paktika əyalətindən gələrkən yolda yaraqlılar tərəfindən qarşıları kəsilərək oğurlanıblar.
“Taliban” hərəkatının sözçüsü Zəbihullah Mücahid jurnalistləri səhvən ələ keçirdiklərini etiraf edərək mobil rabitənin nasaz olduğu bölgədəki komandirlərlə əlaqə saxlayan kimi onları azad edəcəklərini bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-bir-qrup-jurnalist-qacirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR