Mərkəzi Bank 100 milyon manat cəlb edir

Sentyabrın 9-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Metbuat.az banka istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-8,24 faiz təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR