San-Fransisko Şəhər Şurası Milli Atıcılıq Assosiasiyasını terrorçu təşkilat hesab edib

San-Fransisko Şəhər Şurası Milli Atıcılıq Assosiasiyasını terrorçu təşkilat hesab edib
08:05 8 Sentyabr 2019
77 Dünya
Ölkə mətbuatı
A- A+

San-Fransisko Şəhər Şurası Milli Atıcılıq Assosiasiyasını "daxili terrorçu təşkilat" kimi müəyyən edən qətnamə qəbul edib və şəhər administrasiyasını bu təşkilatla işgüzar münasibətləri olan şirkətlərlə maliyyə münasibətlərini əsaslı araşdırmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şuranın qətnaməsində bu yaxınlarda silah tətbiqi ilə törədilmiş zorakılıq aktları, o cümlədən bu ilin iyulunda Gilroy şəhərində (Kaliforniya ştatı) yemək festivalı zamanı üç nəfərin həlak olması ilə nəticələnən güllələmə hadisəsi qeyd edilib.

Qətnamədə deyilir: "Milli Atıcılıq Assosiasiyası silah sahibi olmaq ideyasını reklam etmək və silah sahiblərini zorakılıq aktlarına təhrik etmək üçün bütün imkanlarından və təşkilati gücündən istifadə edir". Sənəddə vurğulanır ki, Assosiasiya cəmiyyəti aldatmağa yönəldilmiş dezinformasiya yayır, silah tətbiqinin riskləri barədə yalan informasiya təqdim edir. Milli Atıcılıq Assosiasiyasının rəhbərliyi öz üzvlərinin çoxunun və ictimaiyyətin mövqeyinə qarşı çıxararaq ekstremist şüarlar irəli sürür.

Qətnamə Şuranın 11 üzvü tərəfindən yekdilliklə qəbul edilib. Sənəddə qeyd edilir ki, ölkədə silah tətbiqi ilə qətllərin səviyyəsi hər hansı digər yüksək gəlirli ölkə ilə müqayisədə 25 dəfə yüksəkdir. Hər il Birləşmiş Ştatlarda silahlı insidentlər nəticəsində 36 000 adam, yəni gündə, orta hesabla, 100 adam həlak olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/784192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR