Gürcüstan müxalifəti hökumətin təsdiq olunmasında iştirak etməyəcək

Gürcüstan müxalifəti hökumətin təsdiq olunmasında iştirak etməyəcək
16:47 8 Sentyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentində yeni hökumətə etimad məsələsinin müzakirə olunduğu iclasda gərginlik yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Nika Melia hökuməti sərt tənqid edib.
Onun çıxışı hakim Gürcü Arzusu Partiyasının deputatlarının narazılığına səbəb olub.
N.Melianın çıxışı başa çatdıqdan sonra VMHP fraksiyası yeni hökumətin tərkibinə etiraz əlaməti olaraq iclas zalını tərk edib.
Öncə müxalif Avropalı Gürcüstan Partiyasından olan deputatlar da parlamentin bugünkü iclasını boykot edib.
Qanunverici orqanın plenar iclası müxalifət nümayəndələrinin iştirakı olmadan davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-muxalifeti-hokumetin-tesdiq-olunmasinda-istirak-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR