Giorgi Qaxaria Gürcüstanın yeni baş naziri oldu

Gürcüstan parlamenti Giorgi Qaxarianın rəhbərlik edəcəyi hökumətə etimad göstərib.

Metbuat.az xəbər verir ki, bununla bağlı keçirilən səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib.

Gürcüstanın yeni hökumətinin tərkibi brlədir:

Giorgi Qaxaria - Baş nazir

Mixeil Batiaşvili - Təhsil, elm, mədəniyyət və idman naziri

Levan Davitşavili - Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri

Natela Turnava - İqtisadiyyat və davamlı inkişaf naziri

İrakli Qaribaşvili - Müdafiə naziri

Tea Tsulukiani - Ədliyyə naziri

Ekaterina Tikaradze - Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri

Maya Tskitişvili - Regional inkişaf və infrastruktur naziri

Davit Zalkaliani - Xarici işlər naziri

Vaxtanq Qomelauri - Daxili işlər naziri

İvane Maçavariani - Maliyyə naziri

Ketevan Tsixelaşvili - Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri

Qeyd edək ki, müxalif "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan" və "Vətənpərvərlər Alyansı" səsvermədə iştirak etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR