Bakıda silsilə oğurluqlar törətmiş şəxslər tutulub

Bakıda silsilə oğurluqlar törətmiş şəxslər tutulub
13:08 16 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə oğurluqlar törətmiş Ağsu rayon sakinləri tutulub.

Bakının Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Gülbahar Qasımovaya məxsus gözəllik salonundan, Elman Əsilova məxsus yardımçı otaqdan, Nargilə Bayramovaya, Səkinə Cəfərliyə məxsus apteklərdən, Kəmalə Qafarovaya məxsus mağazadan, Əli Mustafayev və Şamxal İsmayılova məxsus avtomobillərdən pul, velosiped və məişət əşyaları oğurlamış şəxslər tutulub.

Bunlar Ağsu rayon sakinləri Əlisahib Bədəlov və Qabil Nağıyevdirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR