Beş vilayətdə Putinin namizədləri qubernator seçildi

Beş vilayətdə Putinin namizədləri qubernator seçildi
09:03 9 Sentyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın 5 regionunda qubernator seçkisi üzrə seçki bülletenlərinin 100 faizi sayılıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, səs çoxluğunu əldə etmiş bütün namizədlər prezident Vladimir Putinin lideri olduğu “Vahid Rusiya” partiyasını təmsil edirlər.

Qeyd edək ki, sentyabrın 8-də Rusiyada vahid seçki günü idi. Vahid səsvermə çərçivəsində 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/289646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR