Zakir Həsənov göstəriş verdi (FOTO)

Zakir Həsənov göstəriş verdi (FOTO)
13:11 16 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərinidə tikinti və yenidənqurma işləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hərbi obyektlərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Görülən işlərdən məmnun qalan Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR