Qəhvə asılılığından xilas olmaq üçün hər gün bunu içir

Qəhvə asılılığından xilas olmaq istəyən Stephan adlı gənc qadın onun yerinə hər gün sümük bulyonu içməyə qərar verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, asılılıqdan xilas olmaq üçün sağlamlığa onlarla faydası olan bulyonu qəhvə içdiyi fincana doldurub. Stephan hər gün qəhvə əvəzinə bulyon içdikdən sonra bədənində baş verən dəyişiklikləri müşahidə etməyə başlayıb və bu təcrübəsini izləyiciləri ilə paylaşıb.

Bulyon qəhvənin verdiyi enerjiyə nisbətən daha sakit bir enerji verib və o, özünü daha yaxşı hiss etdiyini bildirib. Gənc qadın qəhvə içdiyi zamanlarda daima narahat olduğunu bildirib. Bulyon içdikdə isə özünü rahat hiss etdiyini və daha sakit bir gün keçirdiyi deyib.

Bundan başqa bulyon içməyə başladıqdan sonra zərərli qidalardan uzaqlaşıb, şirniyyat istəyi tamamilə azalıb. Bəzən isə bulyonu dadlandırmaq üçün ona sarımsaq, qara istiot, duz və ya zeytun yağı əlavə edib.

Qəhvə içdiyi günlərdə mədəsində şişlik və həzmsizlik olduğunu deyən Stephan bulyon içməyə başladıqdan sonra bu problemlərindən xilas olub. Kollagen mənbəyi olan sümük bulyonu həzm sistemini tənzimləyir, bağırsaq problemlərini aradan qaldırır.

Siz də bulyonun faydalarından yararlanmaq istəyirsinizsə 2 kiloqram sümüyü yüksək dərəcəli ocaqda 15 dəqiqə bişirin. 15 dəqiqə sonra 4 litr suyun içinə 2 yemək qaşığı alma sirkəsi əlavə edib, sümükləri suya qatın. Aşağı temperaturda qaynatmağa başlayın.

Sümük bulyonu olması üçün təxminən 10-12 saat qaynaması lazımdır. Daha sonra isə bulyona kərəviz, yer kökü, soğan əlavə edə bilərsiniz.

kemik suyu2

kemik suyu 4

https://metbuat.az/news/1251283/cenesinde-cixan-sizanaq-qadinin-heyatini-kabusa-cevirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR