Nigeriya prezidenti viran məkana yollandı - FOTO

Nigeriya prezidenti viran məkana yollandı - FOTO
13:12 16 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya prezidenti Qudlak Conatan "Boko Haram" terror qruplaşmasının divan tutduğu bölgəyə yollanaraq sağ qalmış yerli sakinlərlə görüşüb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, Borno ştatının paytaxtı Madiquri şəhərində görüşlər keçirən ölkə başçısının dediyinə görə, Nigeriyanın polisi və ordusu "Boko Haram"ı məhv etmək üçün bütün zəruri addımları atacaq.
 
"Boko Haram"ın son hücumları nəticəsində 16 şəhər və kənd viran qalıb, 2500 nəfər həlak olub. Terror qruplaşması Baqa və Doron Baqa şəhərlərində 3700-dən artıq binanı darmadağın edib.
 
Milli.Az
 













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR