“Antalyada Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə keçirilən yoxlama oyunlarında ümidverici futbolçular görmüşəm”.
Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bu sözləri milli komandanın baş məşqçisi Robert Prosineçki deyib.
“Qarabağ”ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edərdim. Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ 10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm. Yeni futbolçuların diqqətimi cəlb edə biləcəyi istisna deyil”, - deyə o qeyd edib.
Milli.Az