“Samsung” şirkəti “Galaxy Fold” elastik smartfonunun satışına başlayacaq

“Samsung” şirkəti “Galaxy Fold” elastik smartfonunun satışına başlayacaq
08:12 10 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkətinin rəsmisi bildirib ki, bu gün elastik ekranla təchiz edilmiş "Galaxy Fold" smartfonunun satışına start veriləcək. İlk öncə qurğu Koreya bazarına çıxarılacaq, sonra Fransa, Sinqapur, Almaniya, ABŞ və Böyük Britaniyada əlçatan olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Galaxy Fold" aparatı 1960 x 840 təsvir ölçülü 4,6 düym diaqonallı kənar displeyə malikdir. Arxa səthdə müvafiq olaraq 16, 12 və 12 meqapiksellik təsvir ölçülü üçqat əsas kamera quraşdırılıb. 10 meqapiksellik ön kamera kənar displeyin üstündə yerləşdirilib. "Galaxy Fold" aparatı açıldığı halda "Infinity Flex Display" texnologiyası üzrə hazırlanmış 7,3 düymlük elastik ekranlı planşetə çevrilir. Bu ekranın sağ küncündə 10 və 8 meqapiksel təsvir ölçülü iki kamera quraşdırılıb.
 
Cari ilin əvvəlində təqdim edilmiş smartfonun apreldə satışa çıxarılması nəzərdə tutulurdu. Ancaq "Samsung" şirkəti aprelin sonunda bir neçə jurnalist və bloqerlər tərəfindən smartfonun test nümunələrinin uğursuz olması haqqında yayılmış xəbərlərə görə "Galaxy Fold" aparatının bazara çıxarılmasını müəyyən müddətə təxirə salmalı olmuşdu.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/784118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR