Qonşular arasında maşın saxlamaq üstündə dava düşdü - 3 ölü, 5 yaralı

Türkiyədə qonşular arasında başlayan dava silahlı münaqişəyə çevrilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Gaziantep şəhərində qonşular arasında park yeri səbəbi ilə çıxan davada 3 nəfər ölüb, 5 nəfər yaralanıb. yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

Polis ərazini nəzarətə alsa da, cinayətkarlar hələki tutulmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR