"ABŞ Rusiya höküməti içinə sızdırdığı cəsusu 2017-ci ildə geri çəkib" - CNN-dən iddia

ABŞ prezidenti Donald Trampın 2017-ci ildə gizli vəzifə tutan Rusiya höküməti içindəki cəsusu geri çəkdiyi iddia edilib. Buna səbəb bəzi kəşfiyyat məlumatlarını "pis idarə etdiyi" olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, CNN-in verdiyi məlumata görə, Rusiya höküməti içində olan və ABŞ-a məlumat çatdıran bu cəsus "yalnış kəşfiyyat siyasəti" səbəbindən geri çağrılıb. Bu qərar Trampın 2017-ci ilin mayında Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ səfiri Sergey Kislyak ilə keçirdiyi görüşdə Suriyadakı DEAŞ haqqında İsraildən aldığı gizli məlumatları paylaşmasından sonra verilib.

Trampın bu məlumatları paylaşması rus höküməti içindəki cəsusun üzə çıxmasına səbəb ola bilərdi və o zaman CİA direktoru olan Mayk Pompeo höküməti bununla bağlı xəbərdar edib və bundan sonra cəsusun vəzifəsinə son verilib.

Qeyd edək ki, CNN-in bu xəbərindən sonra açıqlama verən "Ağ Ev" sözcüsü Stefan Qriham deyib ki, bu xəbər yanlış olmaqla bərabər həm də birilərinin həyatını təhlükəyə atır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR