Hər kəsi təəccübləndirən hadisə! -səhvən 120 min dollar...

Amerikada baş verən bir hadisə eşidənləri təəccübləndirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki,bir bankda kommersiya əməliyyatı üçün köçürülən 120 min dollar kassirin səhvi nəticəsində Robert-Tiffany Uillams cütlüyünün hesabına köçürülüb. Amerikanın Pensilvaniya əyalətində yaşayan cütlük hesablarında pulu gördükdə banka xəbər vermək yerinə xərcləməyi seçiblər.

Polis araşdırmalardan sonra cütlüyün bu pul ilə 1 karavan, 1 avtomobil, 1 yarış avtomobili aldığını öyrənib.

Bank xətasını düzəldərək doğru hesaba pulu köçürüb və həmin cütlüklə əlaqə saxlayıb. Cütlük pulu banka geri ödəyəcəyini bildirsə də, sonradan bütün əlaqəsini kəsib. Bundan sonra hadisəyə müdaxilə edən polislər Uillams cütlüyünü oğurluqla təqsirkar hesab edərək saxlayıblar. Ötən həftə məhkəməyə çıxarılan cütlük adam başına 25 min dollar ödəyərək sərbəst buraxılıb.

https://metbuat.az/news/1251939/devid-bekhem-reklam-ucun-cinli-model-ile.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR