Tayvanda kişi beyni ölmüş sevgilisi ilə evləndi

Tayvanda kişi beyni ölmüş sevgilisi ilə evləndi
15:12 10 Sentyabr 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Tayvanda oğlan beyin ölümü keçirmiş sevgilisi ilə evlənib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun sevgilisi Vanq 22 avqustda qəzaya düşüb. O, motosikletlə gedərkən qadağan edilmiş dönüş edən avtomobil ilə toqquşub. 3 gün sonra həkimlər Vanqda beyin hüceyrələrinin öldüyünü müəyyən ediblər. Bundan sonra onun həyatı süni şəkildə yaşadılıb. Qadın uzun müddətdir sevgilisi olan Lin adlı oğlanla evlənməyi planlaşdırıb. Münasibətləri 11 il davam etsə də, Vanqın valideynlərinin etirazları səbəbindən onlar evlənə bilməyiblər.

Lin qəzadan bir müddət əvvəl onların razılığını alıb. O, sevgilisi üçün xəstəxana otağında təmtəraqlı toy təşkil edib. Bəy ağlaya-ağlaya qohumlarının gözü qarşısında fatada yatan gəlinin barmağına üzük taxıb. Bundan sonra qadını həyat təminatı aparatından ayırıblar. Vanqın daxili orqanları ürək, qaraciyər, gözün buynuz qişası, qan damarları və dərisi daxil olmaqla, 12 orqanı ehtiyacı olanlara hədiyyə edilib.
 "Bu, digər insanları xilas etməyə imkan verib", - deyə qadının anası bildirib. - Beləliklə, o, yer üzündə qalacaq və uşaqların necə böyüdüyünü izləyə biləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/784875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR