Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
22:15 10 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9%) və 101.28 AZN (6.80%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.366 AZN (7.3%), orta ölçülmüş qiyməti 100.4837 AZN (7.23%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 665 200.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN olub.

İstiqrazların ödəmə tarixi 07.09.2021-dir

Hərrac iştirakçıları 11 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3116689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR