Ermənilər rus qoşununu çıxarır

Ermənilər rus qoşununu çıxarır
13:16 16 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Gümrüdə erməni xalqı işğalçı rus rejimini tərk-silah etməklə məşğuldur. ANS PRESS-in məlumatına görə, bu fikir erməni şərhçi Naira Hayrumyanın bu gün dərc edilmiş məqaləsində vurğulanır.

"İnsanlar instinkt əsasında öz qalalarına-evlərinə gələn təhlükənin mənbəyini müəyyən etməyə çalışırlar, buna görə də, Rusiya konsulluğuna, Rusiya hərbi bazasına üz tuturlar",- deyə şərhçi bildirir.

Naira Ayrumyanın fikrincə, suverenliyin məişətdən gələn və təbii əsasları var. "O, bir neçə sadə məsələni - insanın evinin təhlükəsizliyinə zəmanəti və suveren mühakimə hüququnu nəzərdə tutur. Rus qatil suverenliyin bu iki əsasını güllələdi. İndi Ermənistanda insanlar instinktiv şəkildə öz suverenliklərini bərpa etməyə çalışırlar",- deyə şərhçi vurğulayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR