FHN maarifləndirmə tədbirləri təşkil etdi - FOTO

FHN maarifləndirmə tədbirləri təşkil etdi - FOTO
03:33 11 Sentyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti sentyabrın 10-da Bakıdakı “Empire” otelində, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qazaxdakı “Qazax Konserv Zavodu” ASC-də, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon İqriq kənd tibb məntəqəsi və Şabran rayon maliyyə idarəsində, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda məruzələr edilib, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Toplantılarda, eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının olmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/289846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR