Polad Bülbüloğlu Malena Mardı qəbul edib - FOTO

Polad Bülbüloğlu Malena Mardı qəbul edib - FOTO
08:17 11 Sentyabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin 10 sentyabr tarixində səfir Polad Bülbüloğlu İsveç Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Malena Mardı onun xahişi ilə qəbul edib.

Milli.Az-ın səfirliyə istinadən verdiyi məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində həyata keçirdiyi fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, iki ölkənin mövcud potensialından tam şəkildə istifadə olunmasının vacibliyi vurğulanıb.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə o qeyd etmişdir ki, Azərbaycanın üzləşdiyi problem bilavasitə separatçılıqla bağlıdır. Avropanın bir sıra ölkələrinin də qarşılaşdığı bu kimi təhdidlərdən heç bir dövlətin sığortalanmadığını və belə çağırışlarla mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib. Səfir Ermənistanın hazırkı rəhbərliyinin separatçılığı təşviq edən, sülh prosesinə xələl gətirən, ölkəsinin Azərbaycana qarşı 30 ildən artıq apardığı işğalçı siyasətinə və ərazi iddiasına bəraət qazandıran bəyanatlarla çıxış etməsi və dünya birliyi tərəfindən bu cür təxribat xarakterli addımlara hüquqi qiymətin verilməməsinin beynəlxalq səviyyədə cəzasızlığın baş qaldırmasına təkan verdiyini söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/784983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR