İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib
08:52 11 Sentyabr 2019
68 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqeyinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarəli Qəzza zolağının şimal və mərkəzi hissələrində Həmasın Hərbi Dəniz Qüvvələrinin bir sıra mövqelərinə və obyektlərinə, o cümlədən yeraltı tunel və silah istehsalı üzrə emalatxana da daxil olmaqla 15 terror mövqeyinə zərbələr endirib. Hücum Qəzza zolağından İsrail ərazisinə buraxılan iki raketə cavab olaraq həyata keçirilib".

Xatırladaq ki, ötən gün Qəzza zolağından İsrailin Aşkelon və Aşdod şəhərlərinə iki raket buraxılıb. Raketlər "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/785079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR