Avropa İttifaqında ən ucuz spirtli içkilər bu ölkədədir

Avropa İttifaqında ən ucuz spirtli içkilər bu ölkədədir
09:12 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Avropa İttifaqının digər ölkələri ilə müqayisədə Bolqarıstanda spirtli içkilər daha ucuzdur. Bolqarıstandan sonra bu göstərici Rumıniya, MacarıstanÇexiyada qeydə alınıb. Ən bahalı spirtli içkilər isə Finlandiya və İrlandiyadadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmaya əsasən, Aİ-də ən çox spirtli içkini Estoniyada adam başına 14,3 litr, Çexiyada adam başına 13,8 litr, AlmaniyaAvstriyada adam başına 13 litr içilir. Balkanlarda isə bolqarlar adam başına içilən spirtli içkilərin miqdarına görə birinci yerdədirlər. Burada adam başına 11 litr içki içilir. Bolqarlardan sonra rumınlar adam başına 10 litr, serblər və şimali makedonlar 9 litr, yunanlar 7 litr göstəricisinə malikdirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/784929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR