KİV: “Trabzonspor”un skautları Azərbaycan millisinin hücumçusunu bəyəniblər

KİV: “Trabzonspor”un skautları Azərbaycan millisinin hücumçusunu bəyəniblər
10:27 11 Sentyabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesabı ilə heç-heçə etdiyi oyunu Türkiyənin “Trabzonspor” klubunun skautları da izləyiblər.
“Report”un “Fotospor”a istinadən verdiyi məlumata görə, Qara dəniz təmsilçisinin nümayəndləri yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər.
Bildirilir ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.
Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də “Trabzonspor”un Emreli ilə maraqlandığı yazılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-trabzonspor-un-skautlari-azerbaycan-millisinin-hucumcusunu-beye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR