“Zənglər gözləyirəm” – Klubsuz qalan hücumçu

“Zənglər gözləyirəm” – Klubsuz qalan hücumçu
10:32 11 Sentyabr 2019
82 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin sabiq üzvü, hazırda azad agent olan Cüzeppe Rossi açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatına danışan hücumçu formada olduğunu və futbol oynamaq istədiyini deyib:

"Uzun müddətdir ki, özümü yaxşı hiss edirəm. Hər gün məşq edirəm. Zənglər gözləyirəm. Hələ edə biləcəklərim var. Yenidən futbol oynamaq üçün şans istəyirəm".

Karyerası ərzində "Vilyarreal", "Mançester Yunayted", "Fiorentina" kimi komandalarda forma geyinən Rossinin son iş yeri "Cenoa" klubu olub. 2018-ci ilin yayından azad agent olan italyan hücumçu, yanvarda "Mançester Yunayted"lə məşqlərə çıxırdı.

Rossi 29 dəfə formasını geyindiyi İtaliya millisində 7 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR